...

Azərbaycanda keçirilən monitoriqlər zamanı toplanmış quş qanı və cəmdəklərinin nümunələri Londona göndərilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2006 12:20 (UTC +04:00)

Azərbaycandakı monitorinqlərin gedişində toplanmış quş qanı və cəmdəklərinin nümunələri "quş qripi" virusunun müəyyən edilməsi üçün ABŞ-ın Bakıdakı səfirliyinin təşəbbüsü ilə təkrar analiz üçün Londona göndərilib. Bu barədə Trend ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bununla yanaşı, artıq Azərbaycana Dövlət Neft Fondunun vəsaiti hesabına alınan və monitorinqlər zamanı "quş qripi"nin aşkar edilməsi məqsədilə toplanan nümunələrin analizinin aparılması üçün 100 min dollarlıq laboratoriya avadanlığı gətirilərək quraşdırılıb.

2005-ci ilin avqustunda ölkə sərhədlərindəki, o cümlədən, Naxçıvan MR-dakı bütün sərhəd-baytarlıq məntəqələri gücləndirilmiş nəzarət rejiminə keçirilib. Vəhşi quşların ovlanmasına və bazarlarda diri quşların satışına qadağa qoyulub.

Yanvarın 30-dan Dövlət Baytarlıq Xidməti Azərbaycanda "quş qripi" virusunun aşkar olunması üzrə 8-ci monitorinq üzrə işlərə başlayıb. Lakin bundan əvvəl keçirilən 7 monitorinqin nəticələri Azərbaycanda bu virusun hər hzansı əlamətləri aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti