...

Yanvar ayında vergidən yayınma üzrə 24 cinayət işi qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2006 11:00 (UTC +04:00)

2005-ci ildə Vergilər nazirliyində vergi cinayətlərinin ilkin araşdırılması Departamenti qanunsuz sahibkarlıq fəaliyyəti və vergidən yayınma faktları üzrə daha 24 cinayət işinə baxıb. Trend in nazirliyin press-relizinə istinadən xəbər verdiyi kimi, Bakı Vergilər Departamentinin 1,2 və 3 saylı filiallarında və 2,5 və 6 saylı ərazi vergi idarələrində, o cümlədən Fizuli, Qubadlı və Laçın vergi şöbələrində qeydiyyatda olan 22 hüquqi və 2 fiziki şəxsin iri məbləğdə vergidən yayınması faktları aşkar edilib. Ödənilməmiş verginin məbləği 16,987 mln AZN təşkil edir. Aşkar olunmuş faktlarla bağlı Cinayət Məcəlləsinin 213.2 və 213.4 maddələri üzrə cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti