Vergilər Nazirliyinin operativ məlumatlarına görə, 2006-cı ilin 1-ci rübündə vergi tutulmalarına görə proqnoz 102,9% yerinə yetirilib və dövlət büdcəsinə proqnozlaşdırılan 403,2 mln AZN -ə qarşı 414,7 mln AZN köçürülüb. Trend in Nazirliyin press-relizinə istinadən verdiyi məlumata görə, 2005-ci ilin analoji dövrü ilə müqafisədə dövlət büdcəsinə daxilolmalar 102 mln. AZN və ya 32,6% artıb.
Mart ayı ərzində vergi tutulmalarının faktiki həcmi proqnozu ötüb. Nəticədə xəzinəyə 185,2 mln. AZN verilib ki, bu da nəzərdə tutulan həcmi 3,3% keçib.