Azərsu səhmdar cəmiyyəti (SC) Bakı qəsəbələrinin sü təchizatı sistemlərinin və kanalizasiya kollektorlarının tikintisi və bərpası çərçivəsində tender keçirir. Trend in verdiyi məlumata görə, tender 2006-cı ildə inşaait-quraşdırma işlərinin keçirilməsi məqsədilə elan edilib.
Tender 5 lot üzrə həyata keçirilir. Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinin 3126-cı məhəlləsinin kanalizasiyasiya sisteminin qurulması, Əhmədli qəsəbəsinin su xəttinin rekonstruksiyası, Xətai rayonunun Qızıldaş qəsəbəsində su borularının yeniləri ilə əvəz edilməsi, Qaradağ rayonunun Ələt qəsəbəsinə yeni su xəttinin çəkilməsi, eləcə də Qaradağ rayonunun Qobustan qəsəbəsinə su və kanalizasiya xəttinin çəkilişi.
Tender prosedurası aprelin 27-də SC-də keçiriləcək.
Qeyd edək ki, bu günlərdə SC analoji predmet üzrə tender elan edib. Bu tikinti və bərpa işləri Bakı kəndlərinin 2006-cı ilin sonlarına kimi sosial-iqtisadi inkişafının sürətləndirilməsi proqramı çərçivəsində həyata keçirilir.