...

Heydər Babayev Küveytin iş adamları ilə görüşə dəvət olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2006 15:58 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyində Küveytin informasiya nazirinin birinci müavini Şeyx Feysəl Xəlifə əl-Malik əl-Sabahla görüş keçirilib. Trend in Nazirliyin press-relizinə istinadən yaydığı məlumata görə, görüşdə iqtisadi inkişaf naziri Heydər Babayev qonağı ölkədə keçirilən iqtisadi islahatlar, onların müsbət nəticələri barədə məlumatlandırıb.

2005-ci ildə ÜDM-in artımı 26,4% artıb və bu sürətin 2006-cı ildə də saxlanılması planlaşdırılır. Bu ilin birinci rübündə ÜDM-in real artımı artıq 39,5% təşkil edib.

Bu gün Azərbaycan üçün əsas prioritet qeyri-neft sektorunun inkişafıdır və bu sahədə beynəlxalq əməkdaşlığa mühüm yer ayrılır.

Küveyt neft kimyası və neft-qaz sahəsində qabaqcıl təcrübəyə malikdir. Nazirin sözlərinə görə, bu istiqamətdə, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı, turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. H.Babayev Azərbaycanda investisiyaların qoyulması üçün əlverişli şəraitin olduğunu bildirib və Küveytin iş adamlarını əməkdaşlığı fəallaşdırmağa çağırıb.

Kuveytli qonaq onun ölkəsində Azərbaycan iqtisadiyyatına böyük marağın olduğunu bildirib və iqtisadi inkişaf nazirini Küveytin işgüzar adamları ilə görüşə dəvət edib və bunun ölkələr arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olduğunu qeyd edib. Kuveytli nazir müavini Azərbaycana ilk dəfədir ki, səfər edir və o, bu səfərlə bağlı xoş təəssüratlarını bölüşüb.

Xəbər lenti

Xəbər lenti