...

Azərbaycan şirkəti Tiflisdə keçiriləcək "GeorgiaBuild" beynəlxalq sərgisində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2006 15:58 (UTC +04:00)

İyunun 15-də Tiflisin İdman Sarayında GeorgiaBuild" 3-cü beynəlxalq sərgisi açılacaq. Sərgi təşkilatçılarının Trend in xüsusi müxbirinə verdiyi məlumata görə, sərgidə Azərbaycanın "Embawood" şirkəti iştirak edəcək.

Tiflis sərgisi Qafqaz regionunun tikinti şirkətlərinə yeni əlaqələr qurmaq və potensial müştərilər cəlb etmək imkanı verəcək. Sərgidə dünyanın 12 ölkəsindən (Türkiyə, Almaniya, İtaliya, Böyük Britaniya, Gürcüstan, Rusiya, İsveçrə, Belçika, Ukrayna və s.) 35 şirkət iştirak edir.

Sərgidə əsasən tikinti avadanlıqları, qızdırıcı və ventilyasiya sistemləri, tikinti və naxış materialları, qapı və pəncərələr, aksessuarlar, mebel, keramika məhsulları, santexnika və döşəmələr nümayiş olunacaq.

Sərgi Britaniyanın ITI Group PLC sərgi şirkəti və Gürcüstandakı tərəfdaşı Iteca Kavkasia şirkəti tərəfindən təşkil olunub və iyunun 17-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti