...

Qazaxıstan və Çin Qars –Axalkalaki layihəsinə maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2006 17:36 (UTC +04:00)

Gürcüstan, Azərbaycan və Türkiyədən başqa Qars -Axalkalaki layihəsinə Qazaxıstan və Çin də qoşula bilər. Trend in Gürcüstandakı xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə bu gün brifinqdə Gürcüstanın İqtisadi İnkişaf naziri İrakli Çoqovadze bildirib.

"Məqsədimiz Gürcüstana limanlar vasitəsilə daşınmaları artırmaq və layihənin iştirakçı-ölkələrinin arealını genişləndirmək imkanı verəcək nəqliyyat dəhlizinin tikintisidir", - deyə Çoqovadze qeyd edib.

O bildirib ki, Gürcüstan bu layihəni "Avropa-Çin" nəqliyyat dəhlizi kontekstində gözdən keçirir.

Trend in layihənin ümumi perspektivləri barəsində sualına Çoqovadze belə cavab verib ki, hələ Qars-Axalkalaki dəmiryolunun gözdən keçirilməsinin ilkin mərhəlisidir.

Müvafiq olaraq, ABŞ konqresinin maliyyə komitəsinin Amerika kapitalının layihədə iştirakının məqsədəuyğun olmadığı barədə məsələni nəzərdən keçirməsi naziri heyrətləndirib.

"Hələ nə konsorsium yaradılıb, nə də layihənin təfərrüatları razılaşdırılıb və Amerika şirkətlərinin layihədə iştirakı barədə danışmaq hələ tezdir", - deyə o qeyd edib.

ABŞ layihəni maliyyələşdirməkdən imtina etsə də, nazir bildirir ki, yaxşı iqtisadi hesablama nəticəsində maliyyələşdirmə üçün digər maliyyə institutları - EBRD, İFC, Qara dəniz inkişaf bankı və başqa institutlar mövcuddur.

Xəbər lenti

Xəbər lenti