...

Azərbaycan Konstitusiyasına uyğun gəlməyən dövlət bayraqları dövriyyədən çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2006 13:58 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyinin antiinhisar siyasəti departamenti Dövlət Standartlaşdırma, Metrologiya və Patent Agentliyi ilə birgə satışdakı dövlət bayraqlarının Azərbaycan Konstitusiyasının 23-cü maddəsinin tələblərinə uyğunluğu üzrə monitorinq keçirib. Trend in nazirliyin press-relizinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın ali qanunu - Konstitusiyaya uyğun olaraq, dövlət bayrağı üç bərabər zolaqdan ibarət olmalıdır. Bu zaman üstdəki zolaq mavi rəngdə, altdakı zolaq - yaşıl rəngdə olmalı, bayrağın hər iki tərəfində qırmızı zolaqda isə ağ rəngli səkkizbucaqlı ulduz və aypara əks olunmalıdır. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-yə uyğun olmalıdır.

Monitorinq "Xəzri" kiçik müəssisəsində, "Respekt" MMC-də, ofis ləvazimatlarının satışı ilə məşğul olan fiziki şəxslərə malik mağazalarda, "NIL Kitab Kirtasiye" ticarət obyektlərində keçirilib. Ölçüsü, rəngləri və tikilişi tələblərə uyğun olmayan 76 ədəd müxtəlif ölçülü, 138 ədəd stolüstü bayraq və 380 ədəd kiçik bayraq dövriyyədən çıxarılıb.

Qanunvericiliyə əsasən, bu ticarət obyektlərinin sahiblərinə xəbərdarlıq edilib və inzibati araşdırmalar üzrə tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti