...

Qazaxıstan Azərbaycan ilə strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri haqqında müqaviləni ratifikasiya edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2006 13:18 (UTC +04:00)

İyunun 23-də senatın plenar iclasında deputatlar "Qazaxıstan və Azərbaycan Respublikaları arasında tərəfdaşlıq və müttəfiqlik əlaqələri haqqında müqavilənin ratifikasiyası barədə" qanunu qəbul edib.

Müqavilənin məqsədi gələcəkdə bərabərlik, qarşılıqlı etimad prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsi üçün hüquqi əsasın yaradılmasından ibarətdir.

Trend in Kazakhstan Today-ə istinadən xəbər verdiyi kimi, müqavilədə gələcəkdə ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı, müştərək müəssisələrin yaradılması, hər iki ölkə ərazisində qarşılıqlı sərmayə qoyuluşları, sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin təmin olunması nəzərdə tutulur.

Sənədə əsasən, tərəflər ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün birgə tədbirlərin görülməsi və Xəzər dənizində ekoloji mühitin bərpasında səylərin birləşdirilməsi, bu sahədə beynəlxalq və regional proqramların hazırlanması və gerçəkləşdirilməsində qarşılıqlı fəaliyyətin vacibliyini hesab edir.

Müqavilə 2005-ci il mayın 24-də Bakıda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana dövlət səfəri zamanı bağlanıb.

Qanun imzalanmaq üçün dövlət başçılarına göndərilib.

Xəbər lenti

Xəbər lenti