...

İqtisadi-siyasət məsələləri daimi komissiyası sığorta sahəsinini qanunvericilik bazasının monitorinqini aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2006 14:14 (UTC +04:00)

Milli Məclisin iqtisadi-siyasət məsələləri daimi komissiyası sığorta sahəsinini qanunvericilik bazasının monitorinqini aparır. Bu barədə Trend ə adıçəkilən komissiyadan bildiriblər.

O da qeyd olunub ki, mövcud qanunvericilik sığorta bazarının inkişafını ləngitdiyi üçün belə monitorinq aparılır. Bildirilib ki, ölkədə sığorta bazarının göstəriciləri ümumi inkişafın çox cüzi hissəsini təşkil edir. Bunu aradan qaldırmaq üçün yeni qanun layihələri hazırlanmalıdır. Həyat sığortası aşağı səviyyədədir, kənd təsərrüfatının risklərdən qorunması ilə bağlı sığortanın payı isə azdır.

Onu da qeyd edək ki, iqtisadi-siyasət məsələləri daimi komissiyası bəzi iqtisadi qanunvericilik aktlarının monitorinqini aparır. Məqsəd sənədlərdə boşluqları və ziddiyyət təşkil edən maddələri aşkarlamaqdır.

Xəbər lenti

Xəbər lenti