...

Bu gün "Koroğlu" gəmisində Azərbaycanın bayrağı qaldırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2006 16:12 (UTC +04:00)

Bu gün Xəzər Dəniz Gəmiçilik İdarəsinin sifarişi ilə Rusiyanın "Krasnoe Sormovo" (Nijni Novqorod) gəmiqayırma zavodunda inşa edilən "Koroğlu" gəmisində Azərbaycanın bayrağı qaldırılacaq. Bu barədə Trend ə Gəmiçilikdən məlumat verilib. Bundan sonra gəminin təhvil-təslimi haqqında sənədlər imzalanacaq və gəmi Bakıda qeydiyyat limanına yola salınacaq.

XDGİ 13 min ton tutumlu dördüncü tankeri iyulun 20-də alacaq.

Gəmiçilik sonuncu - beşinci tankeri naviqasiyanın sonunda, cari ilin oktyabr-noyabr aylarında əldə edəcək. "Dədə Qorqud" adlı bu gəmi artıq gəmiqayırma müəssisəsində suya buraxılıb.

Hökumətdən bildirilib ki, bu gəmilərin Rusiyanın daxili suları ilə çatdırılması zamanı xüsusi icazənin alınmasına ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti