...

2009-cu ildə Azərbaycan əhalisinin siyahıyalınması haqqında qərarın layihəsi Nazirlər Kabinetinə təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2006 16:31 (UTC +04:00)

İyulun 17-də Dövlət Statistika Komitəsi Nazirlər Kabinetinə 2009-cu ildə Azərbaycan əhalisinin siyahıyaalınması üzrə tədbirləri nəzərdə tutan qərar layihəsini Nazirlər Kabinetinə təqdim edib. Trend agentliyinin məlumatına əsasən, bu barədə jurnalistlərə DSK sədri Arif Vəliyev bildirib.

O hesab siyahıyaalınmanın vaxtının çatdığını hesab edir, çünki respublika daxilində miqrasiya baş verir və DSK ilə icra hakimiyyətlərinin məlumatları bəzən bir-birinə zidd olur. Misal üçün, statistik məlumatlara əsasən Abşeronda 98 min nəfər yaşayır, icra hakimiyyəti isə bu rəqəmin 200 min olduğunu iddia edir. Eyni vəziyyət paytaxtda da müşahidə olunur. Rəsmi məlumatlara görə, Bakıda 2,1 mln, qeyri-rəsmi mənbələrə görə isə 3-4 mln. adam yaşayır.

İyulun 1-nə olan vəziyyətə əsasən, Azərbaycan əhalisinin sayı 8,483 mln. nəfər təşkil edir ki, bu rəqəm də birinci yarım ildə 0,6% (47 min) artıb. Əhalinin böyük hissəsi (51,6%) şəhərlərdə, 48,4%-i - kənd yerlərində yerləşdirilib. Kişilər əhalinin 49%-ni təşkil edir.

Xəbər lenti

Xəbər lenti