...

Azərbaycan-Gürcüstan biznes-forumu avqustun 17-də Batumidə keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2006 16:28 (UTC +04:00)

17 avqust 2006-cı il tarixində Batumidə Gürcüstan-Azərbaycan biznes-forumunun keçirilməsi planlaşdırılır. Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir ki, biznes-forum Gürcüstan və Azərbaycanın iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası çərçivəsində keçiriləcək.

Biznes-forumda iki ölkənin iş adamlarının, dövlət rəsmilərinin iştirakı gözlənilir. Azərbaycanın biznes-icması 15-dən artıq şirkət rəhbərləri ilə təmsil olunacaq və əsasən kənd təsərrüfatı, nəqliyyat, tikinti, maliyyə və digər sektorları əhatə edəcək. Tədbir çərçivəsində rəsmi çıxışlar və iş adamları arasında ikitərəfli danışıqların aparılması nəzərdə tutulub.

"Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələr dinamik inkişaf etməkdədir. Hesab edirəm ki, bu biznes-forum və AZPROMO-nun bu istiqamətdə göstərdiyi səylər əməkdaşlığın genişlənməsi imkanlarını artıracaq" - deyə AZPROMO Müşahidə Şurasının sədri cənab Çingiz Əsədullayev bildirib.

"Gürcüstan tərəfi bir sıra sahələr üzrə əməkdaşlığın genişlənməsini təklif edir və bu təklif AZPROMO-nun məqsədlərinə tam uyğundur. Əminəm ki, forum çərçivəsində Gurcüstanın iş adamları Azərbaycanda sağlam və şəffaf investisiya mühitinin olmasına bir daha əmin olacaqlar" - deyə AZPROMO-nun investisiyaların təşviqi üzrə direktoru cənab Anar Quliyev bildirib.

Xəbər lenti

Xəbər lenti