...

"Malakut" brokeri Azərbaycanda törəmə şirkət açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2006 16:17 (UTC +04:00)

"Malakut" sığorta brokeri Azərbaycanda törəmə şirkət açıb. Trend in xəbər verdiyi kimi, brokerin yaydığı məlumatda qeyd olunub ki, "Malakut Sigorta sığorta və təkrar sığorta brokeri" MMC artıq respublikada broker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.

"Malakut" və Azərbaycan tərəfdaşlarının birgə şirkəti korporativ bizneslə məşğul olacaq. Onun işinin prioritet istiqaməti energetika, əmlak, aviasiya və dəniz risklərinin, yük daşımalarının sığortalanmasıdır.

"Malakut" sığorta brokeri" QSC 2000-ci iyun ayında yaradılıb. Şirkət sığorta xidmətləri göstərmək və korporativ müştərələrə məsləhətlər verməklə, həmçinin müxtəlif risklərin yenidən sığortalanmasının təşkili ilə məşğul olur. "Malakut"un Ukraynada nümayəndəliyi, Qazaxıstan və Azərbaycanda törəmə şirkətləri var.

Xəbər lenti

Xəbər lenti