...

AGBank Azərbaycanda İFC zəmanəti ilə akkreditiv buraxan ilk bankdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2006 19:02 (UTC +04:00)

İlk dəfə olaraq Azərbaycanda AGBank və Beynəlxalq Maliyyə Korporasiyası (Dünya Bankı qrupuna daxildir) arasında 13 iyun 2006-cı il tarixində imzalanmış müqavilə çərçivəsində xarici şirkətin xeyrinə akkreditivin buraxılması kimi beynəlxalq tranzaksiya həyata keçirilib. Trend AGBank-ın məlumatına istinadən xəbər verir ki, bank tərəfindən akkreditiv idxalın maliyyələşdirilməsi üçün verilib və BMK tərəfindən təsdiqlənib.

"Azəriqazbank" ASC-nin idarə heyətinin sədri Azər Mövsümov qeyd edir ki, "AGBank və BMK 8 ildir ki, dinamik əməkdaşlıq edir. Bu gün BMK tərəfindən banka 5200 000 vəsait ayrılıb. Bunun 4200000-ni kiçik və orta biznesin inkişafına, 1000000-nu isə ticarətin maliyyələşdirilməsinə ayrılıb".

Xəbər lenti

Xəbər lenti