...

Valeh Ələsgərov: "Neft haqqında" qanunun qəbuluna ehtiyac yoxdur"

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2006 15:14 (UTC +04:00)

Milli Məclisin ötən sessiyalarında qəbul olunmuş qanunların monitorunqi ilə bağlı işlər davam etdirilir.

Trend xəbər verir ki, monitorinqin nəticələri qanunvericilik aktları hazır olduqca, ya da müvafiq aktlara əlavə və dəyişikliklər edildikcə parlamentin müzakirəsinə çıxarılacaq. Bu barədə məlumat verən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, Azərbaycan sürətlə inkişaf edir və müəyyən hallarda bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranır.

Parlamentin payız sessiyasında "Neft haqqında" qanunun qəbuluna gəlincə, V.Ələsgərov bildirib ki, Azəbaycanın neft və qaz infrasturukturunu hüquqi baxımdan tənzimləmək üçün heç bir problemi yoxdur. "Belə olan halda hansı məqsədlə "Neft haqqında" qanun qəbul olunmalıdır?" - deyə V.Ələsgərov bildirib.

Xəbər lenti

Xəbər lenti