...

Azərbaycan hökuməti AİB-in erkən uşaq inkişafı layihəsi üçün kreditin ayrılması üzrə təklifini qəbul etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2006 16:23 (UTC +04:00)

Asiya İnkişaf Bankı 2006-cı ildə Direktorlar Şurasında erkən uşaq inkişafı layihəsi üçün $19 mln məbləğində krediti təsdiq edə bilməyəcək. Bankın Bakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, sentyabrın 30-da kredit sazişi üzrə danışıqlar aparmaq üçün səlahiyyətli nümayəndələrin müəyyən edilməsi məqsədilə ayrılmış müddət bitir. Ancaq bir sıra nazirliklərin bu layihənin həyata keçirilməsi üçün kredit ehtiyatlarının cəlb edilməsi ilə bağlı mövqeyindəki bəzi ziddiyyətləri nəzərə alaraq, indiyədək banka cavab verilməyib. Asiya bankı layihə üzrə danışıqları davam etdirməklə bağlı nə mənfi, nə də müsbət rəsmi bildiriş alıb.

Bununla yanaşı, Maliyyə Nazirliyi hökumətdə AİB-in kreditindən imtina edib. AİB nümayəndəliyində də danışıqların müsbət nəticəsinə ümid yoxdur. Belə ki, bankın güzəştli maliyyələşdirmə kvotasına görə, gələn ilə digər layihələr daxil edilib və onları daha gec müddətə təxirə salmaq məqsədəuyğun olmazdı.

Kredit sazişinin layihəsinə görə AİB güzəştli şərtlərlə (8 il möhlətlə 32 il müddətinə) kredit ayırmağı planlaşdırır. Belə kreditlər üzrə faiz dərəcələri illik 1% təşkil edir. Bu, güzəştli dövr ərzindədir. 8 il başa çatdıqdan sonra isə hökumət ildə 1,5% ödəyəcək.

Layihə uşaq bağçaları sisteminin və bu sahədə məşğul olan pedaqoji heyətin inkişaf etdirilməsini nəzərdə tutur. Bank hələ ötən il layihənin hazırlanması üçün ölkənin Təhsil Nazirliyinə $600 min qrant ayırıb.

Bu layihə çərçivəsində 12 pilot rayonunda 240 uşaq bağçasının təmiri və inşası nəzərdə tutulur. Onlardan Bakının yalnız bir rayonu (Xətai) layihəyə daxil edilib. Yerdə qalanları isə ölkənin müxtəlif regionlarına aiddir. 2006-2010-cu illər üçün nəzərdə tutulmuş uşaqların erkən inkişaf proqramı layihəsi (uşaq bağçaçaları sisteminin inkişafı) 5 komponentdən ibarətdir. Birinci komponentə erkən yaşlı uşaqların təhsil sisteminin artırılması və təkmilləşdirilməsi, 2-ci-yə uşaq bağçalarında düzgün və sağlam qidalanmanın təmin olunması daxildir. Uşaq bağçalarında istilik sisteminin bərpası, sanitar işlərin həyata keçirilməsi nəzərdə tutulur. Respublikada, həmçinin, əlavə 5 məktəbəqədər alternativ müəssisənin yaradılması planlaşdırılır. Və nəhayət, idarəetmə sistemini yaxşılaşdırmaq məqsədilə uşaq bağçalarının tərbiyəçiləri, o cümlədən rəhbərləri üçün treninqlər və seminarlar keçiriləcək.

Xəbər lenti

Xəbər lenti