...

Rusiya Gürcüstanla Azərbaycan ərazisindən keçən dəmir yolu əlaqəsini dayandırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2006 18:18 (UTC +04:00)

Rusiya tərəfi bildirib ki, vaqonlar az yükləndiyindən Gürcüstanla Azərbaycan ərazisindən keçən dəmir yolu əlaqəsini dayandırır. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsindən məlumat verilib. 28 may 2006-cı ildən etibarən həftədə üç dəfə Azərbaycan paytaxtında Moskva-Bakı qatarına Tbilisiyə qədər və eyni sxemlə əks istiqamətdə iki vaqon (plaskart və kupe) qoşulurdu.

ADDY idarəsi nümayəndələrinin sözlərinə görə, yayda bütün vaqonlar normal dolurdu. "Hazırda plaskart vaqonu 70%, kupe- 30% dolur", - deyə ADDY idarəsindən bildirilib.

"RDD" ASC-nin məlumatında qeyd olunub ki, bu gündən başlayaraq, Moskva və Tbilisi arasında birbaşa dəmir yolu əlaqəsi dayandırılır. "RDD" Direktorlar şurasının tövsiyyəsinə görə, 2006-cı ilin II rübündə şirkət VL 10 və VL 11 elektrovozların təmiri üçün Tbilisi elektrovoztəmir zavodundan ehtiyat hissələri alınmayacaq. Alış həcmi 100 mln. rubl həcmində planlaşdırılmışdı.

"Sovet İttifaqı üzrə keçmiş tərəfdaşları, o cümlədən Tbilisi zavodunu dəstəkləmək üçün" bu alış əvvəllər "Jeldorremmaş" şirkətinin struktur bölməsi tərəfindən icra edilirdi.

"RDD" ASC həmin ehityat hissələrinin (əvvəllər Rusiyada istehsal olunmayanların) Rusiya müəssisələri tərəfindən istehsal edilməsi üçün işlər görəcək, onların istehsalı qısa vaxtda təşkil olunacaq", - deyə Mixail Qonçarov bildirib. İstehsala Yaroslav zavodu, Çelyabinsk və Yekaterinburq zavodlarının, həmçinin Çelyabinskin "Elektromaş" zavodunun qoşulması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti