ABŞ-ın Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yanında səfiri Ell Qayer (All Geier) oktyabrın 16-17-də Bakıya səfər edəcək. Bu barədə Trend ə ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidmətinin başçısı Conatan Henik məlumat verib.
Onun sözlərinə görə, səfərdə məqsəd Azərbaycan-Amerika əməkdaşlıq məsələlərinin müzakirəsidir. Məsləhətləşmələr zamanı Azərbaycanın ÜTT-yə daxil olması ildə bağlı məsələlərə xüsusi diqqət yetiriləcək.
Səfərin proqramı hələ razılaşdırılmayıb.