...

Azərbaycana idxal olunan avtomobillərin qiyməti ötən ilə nisbətən artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2006 17:08 (UTC +04:00)

2006-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycana 17 min 552 minik avtomobili idxal olunub. Trend xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin səkkiz ayı ərzində idxal olunan minik avtomobillərinin ümumi qiyməti 126 mln. 933,5 min ABŞ dolları təşkil edib. Ötən ilin səkkiz ayı ərzində respublikaya 6% çox minik avtomobili gətirilib. Lakin bu il gətirilmiş avtomobillərin ümumi dəyəri ötən ildəkindən 26,2% çoxdur.

2006-cı ilin yanvar ayından avqust ayına qədər Azərbaycana ümumi dəyəri 46 mln. 779,1 min ABŞ dolları məbləğində 4 min 138 yük avtomobili idxal olunub. Bu ilin səkkiz ayı ərzində respublikaya gətirilən avtomobillərin sayı ötən ildəkindən 2,1% az, qiymətinə görə isə 63,8% çoxdur.

2006-cı ilin yanvarından avqustuna qədər Azərbaycana ümumi dəyəri 5 mln. 355,9 min ABŞ dolları olan 253 avtobus idxal olunub. Bu ilin səkkiz ayı ərzində respublikaya gətirilmiş avtomobillərin sayı ötən ildəkindən 5%, qiymətinə görə isə 0,5% çoxdur.

Avtomobil nəqliyyatı ilə 53,2 mln. ton yük daşınıb, bu isə 2005-ci ilin yanvar-sentyabr aylarından 6,3% çoxdur. Sərnişin daşınmalarının həcmi 663 mln. nəfər təşkil edib (5,6% artıb).

Xəbər lenti

Xəbər lenti