...

Bank Respublika FMO xətti üzrə 4,4 mln. USD məbləğində kredit verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2006 11:53 (UTC +04:00)

Bank Respublika Hollandiyanın Maliyyə İnkişaf Şirkətinin (FMO) kredit xətti üzrə ilk tranşı tamamilə mənimsəyib. Bu xətt çərçivəsində şirkət 4,4 mln. ABŞ dollarından artıq məbləğdə kredit verib. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Bu vəsaitləri alanlar Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarından olan 19 şirkətdir. Bu xətt üzrə 1 kreditin orta məbləği 233 min ABŞ dolları təşkil edib. Kreditlər 4 il müddətinə verilib. Bank Respublika FMO xətti üzrə vəsaitlərin mənimsənilməsini davam etdirir və tezliklə növbəti tranşın ayrılacağı gözlənilir.

Bank Respublika və FMO arasında 10 mln. USD məbləğində kredit xəttinin açılması haqqında müqavilə bu il avqustun 28-də imzalanıb. Bu, Azərbaycanın özəl bank biznesinin tarixində ən böyük müqavilələrdəndir. Bu xətt çərçivəsində Bank Respublika kiçik və orta biznesə kreditlər verir. Bu xətt üzrə bir kreditin məbləği 1 mln. USD -yə qədər, müddəti isə 4 il ola bilər.

Bank Respublika həmçinin FMO-nun ticari maliyyələşdirmə üzrə 2 mln. USD məbləğində kredit xəttindən istifadə edir. Beləliklə, FMO-nun Bank Respublika üçün açılmış kredit xəttlərinin həcmi 12 mln. ABŞ dolları təşkil edir.

Bank Respublika həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Almaniya-Azərbaycan Fondu, Qara dəniz Ticarət və İnkişaf Bankı, DEG İnvestisiya Korporasiyası, Bankgesellschaft Berlin, Raiffeisen, Commerzbank, Milli Sahibkarlığa Yardım Fondu, Azərbaycan İpoteka Fondu və digər maliyyə təşkilatları ilə əməkdaşlıq edir. Müxtəlif maliyyə institutlarının Bank Respublika üçün açılmış xəttlərinin ümumi həcmi 65 mln. ABŞ dollarını ötüb.

Xəbər lenti

Xəbər lenti