...

MDB dövlətləri gömrük xidmətlərinin rəhbərləri Moskvada toplaşacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2006 16:48 (UTC +04:00)

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin gömrük qurumları başçıları Şurasının növbəti toplantısı dekabrın 22-də Moskvada keçiriləcək. Bu barədə Trend ə MDB İcra Komitəsindən məlumat verilib.

İcra Komitəsinin məlumatına görə, iclasın gündəliyi Birliyin iştirakçı-dövlətlərinin gömrük qurumları ekspertlərinin növbəti toplantısında hazırlanacaq. Bu sahədə əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti