...

Azərbaycan "quş qripi" qeydə alınmış ölkələrdən quş məhsulları almır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2006 20:00 (UTC +04:00)

Azərbaycan "quş qripi" virusu qeydə alınmış ölkələrdən quş məhsulları almır. Trend -in məlumatına görə bu gün bu haqda Kənd Təsərrüfatı Nazirliyi nəzdində dövlət baytarlıq xidmətinin rəhbəri İsmayıl Həsənov bildirib.

Onun sözlərinə görə, bu baxımdan heç bir qorxu ola bilməz. Xidmət rəhbəri qeyd edib: "Azərbaycana quş məhsulları əsasən ABŞ, Braziliya və digər ölkələrdən gətirilir. Biz beynəlxalq epizootik büronun qaydalarına müvafiq fəaliyyət göstəririk. Əgər hardasa virusun yayılması qorxusu varsa, onda biz müvafiq tədbirlər həyata keçiririk".

İ.Həsənov bildirib ki, hazırda qonşu dövlətlərlə bağlı heç bir problem yoxdur, məsələn, əvvəllər olduğu kimi Türkiyə ilə əlaqələr davam etdirilir. Yalnız İranla əlaqələrdə müəyyən tədbirlər görülür, İrandan məhsulun sonrakı istehsalı üçün yumurtanın gətirilməsinə məhdudiyyətlər qoyulub. Hazırda bu yumurtalar Hollandiyadan, Macarıstandan, Rusiyadan və digər ölkələrdən alınır.

Xəbər lenti

Xəbər lenti