...

Azərbaycanda neft-kimya kompleksi yaradılmasının ilkin dəyəri müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2006 17:05 (UTC +04:00)

Azərbaycanda neft-kimya kompleksi yaradılması layihəsinin ilkin dəyəri 500 mln dollar qiymətləndirilib. "Azərbaycan İnvestisiya Şirkəti" SC-in icraçı direktor müavini Riyad Qasımovun xəbər verdiyinə görə, yekun dəyərin müəyyənləşdirilməsi işi hələ davam edir. Bu barədə Trend xəbər verir.

Onun sözlərinə görə, AİŞ-in burada iştirakı iştirakçıların sayından asılıdır. Bununla belə Şirkət böyük paket ala bilməz. Hal-hazırda potensial investorlar üçün layihənin ikinci mərhələsinin təqdim olunması çərçivəsində Avropa İnkişaf və Yenidənqurma Bankının məsləhətçisi Allied İnvestment Kompany-dir. "Mən hesab edirəm ki, layihə gələn il ərzində gerçəkləşəcək. Maraqlardan asılı olaraq (maraqlar çox böyükdür) o, çox tutumlu layihədir və aksionerlərin sayı da kifayət qədər çox olacaq"- deyə R. Qasımov hesab edir. Baxmayaraq ki, Azərbaycan prezidentinin ABŞ-a səfəri zamanı layihənin təşəbbüsçüləri Amerika investorları idi, AİŞ bütün imkanları nəzərdən keçirmək niyyətindədir, belə ki, bu xüsusi bazardır və orada bir neçə böyük əməliyyatlar var. Hal-hazırki mərhələdə layihənin texniki-iqtisadi əsaslandırılması, bu əsaslandırmanın detallaşdırılması və potensial investorlarla yekun danışıqlara hazırlıq nəzərdə tutulur.

Allied İnvensment Company birinci mərhələdə Azərbaycanda məlum istehsalın effektivliyinin qiymətləndirilməsi prosesini keçirir.

Xəbər lenti

Xəbər lenti