...

Bank Respublika MasterCard International sisteminin prinsipial üzvü oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2006 12:57 (UTC +04:00)

Bank Respublika MasterCard International beynəlxalq ödəniş sisteminin prinsipial üzvü oldu. Trend Bank Respublika-nın məlumatına istinadən xəbər verir ki, bu sistem ilə Bank Respublika assosiasiya olunmuş üzvü qismində 2003-cü ildən əməkdaşlıq edir.

Statusun yüksəldilməsi haqqında MasterCard International Direktorlar Şurasının qəbul etdiyi qərar Bank Respublika-nın nailiyyətlərinin göstəricisidir. Bank Respublika bu ödəmə sistemi üzrə 12 000-dən çox plastik kart buraxıb.

Yeni status Bank Respublika-ya Azərbaycanın başqa banklarının MasterCard International sisteminə assosiasiya olunmuş üzv kimi qoşulduqda onların sponsoru olmağa imkan verir.

Bank Respublika müştərilərə MasterCard və IISA plastik kartlarını tamamilə pulsuz və illik xidmət haqqı olmadan təklif edir. Bank Respublika-nın kartları ilə həmçinin 5 000 manat, ABŞ dolları və ya avro məbləğinə qədər 35 günədək faizsiz kredit xətti almaq olar.

Bank Respublika kart müştəriləri arasında ənənəvi olaraq uduş kampaniyaları da keçirir. Hazırda Bank "İtaliya səyahəti" kampaniyasını keçirir. Kampaniyanın əsas mükafatı 4 nəfərə 7 günlük İtaliya səyahətidir. 15 əlavə mükafat - Apple kompüteri və iPod musiqi pleyerləridir.

Bu kartlar vasitəsi ilə ən azı 20 manat, ABŞ dolları və ya avro məbləğində həyata keçirilən hər bir əməliyyat avtomatik olaraq mükafat qazanmaq üçün 1 şans kimi qeydiyyatdan keçir. Kampaniyanın qalibləri 22 dekabr tarixdə keçirilən lotereyanın nəticəsində müəyyən olunacaqlar.

Xəbər lenti

Xəbər lenti