...

Özəlləşməyə hazırlıq çərçivəsində "Kapital Bank" səhmlərinin nominalı azaldılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2006 10:54 (UTC +04:00)

2007-ci ilin yanvarında "Kapital Bank"ın özəlləşdirilməsinin birinci mərhələsi başlayacaq. Bankın idarə heyəti sədri Rauf Rzayevə istinadən Trend bildirir ki, prezidentin 1 mart 2005-ci il tarixli fərmanına uyğun olaraq nəzərdə tutulmuş özəlləşdirmə ilə bağlı bankda dövlətin iştirak payını 50 faizə qədər endirmək üçün bankın nizamnamə kapitalını iki dəfə artırmaq nəzərdə tutulur. Bununla əlaqədar bank səhmlərinin 12 mln. manat həcmində yeni emissiyası elan ediləcək. Hazırda bankın nizamnamə kapitalı elə bu səviyyədə formalaşıb.

Özəlləşmənin başlanması ilə əlaqədar səhmlərin nominal dəyərinin dəyişilməsi nəzərə alınmaqla yenidən qeydiyyatdan keçirilməsi üçün bank sənədləri Qiymətli kağızlar üzrə Dövlət Komitəsinə təqdim edib. R.Rzayev bildirib: "Daha geniş səhmdarlar çevrəsi üçün səhmlərin əldə olunmasını mümkün etmək üçün səhmlərin nominalını hazırkı 200 min yeni manatdan 10 manata qədər azaltmaq nəzərdə tutulub".

O bildirib ki, özəlləşmənin birinci mərhələsi gələn ilin əvvəli üçün planlaşdırılıb, bir il sonra isə, 2008-ci ildə hökumət ikinci mərhələyə keçə bilər. Yaxın günlərdə Kapital, - "Ernst & Young"ın özəlləşməsi üzrə hökumət məsləhətçisi tərəfindən həyata keçirilən bankın qiymətləndirilməsi prosesi başa çatacaq.

R.Rzayevin sözlərinə görə, dövlət banklarının özəlləşdirilməsi ilə bağlı dövlət komissiyası hələ özəlləşmə sxemi üzərində işi davam etdirəcək. Hazırda xarici, o cümlədən Rusiya bankları da bu prosesdə iştirak etmək marağını bildirirlər.

Xəbər lenti

Xəbər lenti