...

"AZPROMO" 2007-ci ildə keçiriləcək tədbirlər planı üzərində işi yekunlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2006 14:07 (UTC +04:00)

Azərbaycan ixracat və investisiyaların təşviqat fondu (AZPROMO) 2007-ci il üçün tədbirlər planını hazırlayır. "AZPROMO"nun prezidenti Emil Məcidovun Trend ə bildirdiyinə görə, ilkin olaraq bu plana 24 tədbir - biznes-forum, təqdimatlar daxildir. Bəziləri artıq dəqiqləşib, bəziləri ilə bağlı dəqiqləşmələr aparılır.

E.Məcidov bildirib: "Bizim biznesmenlər yeni bazar imkanlarını nəzərdən keçirmək üçün hələ əhatə etmədiyimiz yeni ölkələrdə bines-forumlar təşkil etməyi təklif edirlər". Onun sözlərinə görə, tədbirlər artıq ilin sonuna kimi elan edilə bilər.

Bu il artıq növbəti biznes-forum və ölkənin investisiya imkanlarının təqdimatı nəzərdə tutulmur. Yeganə tədbir "AZPROMO"nun dəstəyi ilə keçirilmiş "TACIS" layihəsinin bağlanışıdır, bundan sonra fondun 2006-cı ildəki fəaliyyəti barədə illik hesabat hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti