...

Parlamentin komissiya sədri: "Ünvanlı sosial yardım bundan sonra daha çox insana verilə bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2007 13:23 (UTC +04:00)

Əhalinin aztəminatlı təbəqəsi üçün nəzərdə tutulan ünvanlı sosial yardım bundan sonra daha çox insana verilə bilər. Bu barədə Trend ə açıqlamasında Milli Məclisin Sosial siyasət məsələləri daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli bildirib.

Komissiya sədri qeyd edib ki, ünvanlı sosial yardımların məbləği ötən ildəkinə nisbətən iki dəfə artıb.

"Bundan başqa ehtiyac meyarı yüksəlib. Ehtiyac meyarı əvvəllər 35 manat idisə, indi 40 manat olub. Bu o deməkdir ki, ünvanlı sosial yardım daha çox insana verilə bilər", - deyə Hadı Rəcəbli vurğulayıb.

Enerji daşıyıcılarının, kommunal xidmətlərin və sərnişin daşımalarının qiymətlərinin artırılmasından sonra yoxsuluq həddinin yenidən müəyyənləşdirilməsi üçün mövcud qanunvericiliyə dəyişikliklərin edilməsinə gəlincə, komissiya sədri bu məsələlərə fevral ayının ortalarında aydınlıq gətiriləcəyini bildirib: "Həmin dövrdə hansı malların və xidmətlərin qiymətinin nə qədər artacağı məlum olacaq. İndi bununla bağlı ajiotaj yaranıb. Bu ajiotaj aradan qalxandan və qiymətlər normal həddə çatandan sonra adekvat addımlar atılacaq."

Xəbər lenti

Xəbər lenti