...

2006-cı ildə Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin 54,2%-i xarici kapital qoyuluşlarının payına düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2007 19:30 (UTC +04:00)

2006-cı ilin ərzində bütün maliyyə mənbələrindən müəssisə və təşkilatlar tərəfindən iqtisadiyyatın inkişafına 5963,6 mln. manat qoyulub, bu isə 2005-ci il üçün əsas kapitala qoyulan investisiya qoyuluşlarını 14,8% ötür.

Dövlət Statistika Komitəsindən Trend ə verilən xəbərə görə, təmir-tikinti işlərinə qoyulan sərmayələrin həcmi 9,7% artıb. Bu zaman qeyri-neft sektorunda tikinti işlərinə istifadə olunan investisiyalar 2005-ci ilin göstəricisindən 57,8% çox olub.

Xarici investisiyaların xüsusi çəkisi 54,2% təşkil edib. Müvafiq olaraq, investisiyaların ümumi həcmindən 45,8% daxili investisiyaların payına düşür.

İstehsalat yönümlü obyektlərin tikintisi üçün bütün investisiyaların 85%-i istifadə olunub. Ölkədə istehsalat və sosial obyektlərin dinamik inkişafı nəticəsində yeni iş yerlərinin açılışı təmin olunub. Şamaxı avtomobil zavodu, İmişli şəkər zavodu və idman kompleksi, Şəkidə şirə istehsalı zavodu, Naxçıvan, Astara, Şəki, Xaçmazda 87 MVt gücə malik modul elektrik stansiyaları, Gəncədə beynəlxalq aeroport və şokolad fabriki, Mingəçevirdə kompüter istehsalı üzrə müəssisə, NMR-də 326,3 km uzunluğunda yeni qaz kəməri və b. kimi müəssisələr istismara verilib.

Müəssisə və təşkilatların vəsaitləri hesabına əsas kapitala investisiyaların ümumi həcmindən 69,4%, bank kreditlərindən - 6,4%, büdcə vəsaitlərindən - 14,2%, əhalinin şəxsi vəsaitlərindən - 5,4% və başqalarından - 4,6% sərmayə qoyulub.

Xəbər lenti

Xəbər lenti