...

Azərbaycan Pakistanda ECO ölkələri dəniz administrasiyalarının görüşündə iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2007 14:01 (UTC +04:00)

Karaçidə (Pakistan) Azərbaycan dövlət dəniz administrasiyasının (ADDA) başçılıq etdiyi Azərbaycan işçi qrupunun iştirak etdiyi İqtisadi əməkdaşlıq təşkilatının (ECO) iştirakçı-ölkələrinin Dəniz təşkilatlarının üçüncü iclası zamanı Qasim limanında görüş keçirilib.

Trend xəbər verir ki, Azərbaycan, İran, Əfqanıstan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Pakistanın daxil olduğu ECO ölkələrinin nümayəndə heyətləri terminalların müasirləşdirilməsi, yeni istehsalat obyektlərinin tikintisi ilə tanış olmaq üçün Karaçidə Qasim limanında olublar.

Azərbaycanın işçi qrupuna Administrasiyanın dəniz müfəttişşliyi şöbəsinin başçısı Vamiq Rəhimov başçılıq edir. Qrupun tərkibinə həmçinin Bakı beynəlxalq dəniz ticarət limanının baş direktorunun birinci müavini Vahid Əliyev və Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi qəza-xilasetmə xidmətinin xilasetmə və yedəkləmə işləri bölməsinin başçısı Məmməd Allahverdiyev daxil olub.

Bu ölkələrin nümayəndə heyətləri Qasim limanının rəhbərliyi ilə terminalların gücünün artırılması və müasirləşdirilməsi üzrə konstruktiv dialoq aparıb.

Limanın başçısı Əsəd Qureşi bildirib ki, Qasim limanı - Pakistanın milli iqtisadiyyatının böyük mülklərindən biridir və bu obyekt fəal şəkildə inkişaf edir.

Nümayəndə heyəti həmçinin IC3 çərçivəsində beynəlxalq dəniz ticarətinin təhlükəsizliyinin yüksəldilməsi üzrə ABŞ və Pakistan arasında prisiplər haqqında bəyannamənin imzalanması haqqında məlumat alıb.

Xəbər lenti

Xəbər lenti