...

Azərbaycan hökuməti avrobondların yerləşdirmə şərtləri barədə mövqeyini konkretləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2007 16:04 (UTC +04:00)

Azərbaycan Maliyyə nazirliyi müstəqil avrobondların buraxılışı istiqəmətində işini fəallaşdırıb.

Maliyyə Nazirliyindən Trend ə verilən xəbərə görə, proses 2007-ci ilə dlövlət büdcəsinin icrasının təsdiq olunması barədə prezident göstərişindən sonra start verilib. Bu göstərişdə avrobond emissiyalarının 249 mln. manata satılması nəzərdlə tutulub.

İlkin şərtlərə görə, avroistiqrazlar 5 il müddətlə və 5%-dək faizlə buraxılacaq. 2007-ci ilin ortalarınadək hökümət öz niyyət və layihələrini konkretləşdirəcək.

Azərbaycanla əməkdaşlıq edən banklar avrobondların buraxılışını üç mərhələdə həyata keçirməyi təklif edirlər. Birinci mərhələdə yerləşdirməni hazırlamaq, ikinci mərhlədə dünya bazarının şərtlərini öyrənmək və üçüncü mərhələdə istiqrazlarla iş üzrə kadrları hazırlamaq təklif olunur.

Müstəqil avrobondların burxıdması üçün məsləhətçilərin seçilməsi üzrə qəti qərar hələ qəbul olunmayıb. Bu sahədə Azərbaycana öz köməyini beynəlxalq reytinq agentliyi Fitch Raytings, Standard & Poors, həmçinin, ölkəyə reytinq şirkətlərinin cəlb olnuması üzrə ikinci məsləhətçi City Group təklif edir. Daha 20 bank hökümətə avrobondlar buraxmaqda kömək göstərməyi məsləhət görüb: ( Commerz Bank, BNP Paribas, Deutsche Bank, ABN Amro və s.), JP Morgan şirkəti.

Xəbər lenti

Xəbər lenti