...

2006-cı ildə Naxçıvan MR-də 8044 yeni iş yeri açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2007 16:11 (UTC +04:00)

Ötən il Naxçıvan MR-də 8044 yeni iş yeri açılıb. Trend in Naxçıvan Bürosu Naxçıvan MR Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, yeni yaradılan iş yerlərinin 5332-si və ya 61,2%-i daimidir.

Daimi iş yerlərinin 20,5%-i dövlət, 79,5%-i qeyri-dövlət sektorunda yaradılıb. İqtisadi fəaliyyət növlərinə görə ötən il yaradılmış daimi iş yerlərinin ən çox və ya 44,2% fiziki şəxslərin, ən az və ya 0,2 %-i isə mehmanxana və restoranlarla xidmətin payına düşür.

Ümumilikdə, 2003-c ilin oktyabr ayının 1-dən 2007-ci ilin ilk gününədək Naxçıvan Muxtar Respublikası üzrə 24812 yeni iş yeri yaradılıb. Bundan 11118 yeni yaradılmış müəssisə, təşkilat və fiziki şəxslərin, 999-u müxtəlif səbəblər üzündən əvvəllər işləməyən, son dövrlərdə fəaliyyəti bərpa olunmuş müəssisə və təşkilatların, 9620-si isə digər tədbirlər üzaə(müxtəlif beynəlxalq və yerli layihələr, mövsümi, abadlıq işləri və s) açılmış iş yerlərinin payına düşür.

Xəbər lenti

Xəbər lenti