...

ARDNF fondun portfelinin strukturunda valyuta kompozisiyasının yenidən baxılmasını zəruri hesab etmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2007 18:36 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hələ valyuta portfelinin strukturun yenidən baxılmasını zəruri hesab etmir. Bu barədə Trend xəbər verir.

2006-cı ilin yekunları və 2007-ci ilin planlarına həsr olunmuş bugünkü mətbuat konfransında Neft fondunun icraçı direktoru Şahmar Mövsümovun verdiyi xəbərə görə, bu gün Neft fondunun aktivləri aşağıdakı kimi bölüşdürülüb: 801,43 mln. ABŞ dolları (55,1%), fondun aktivlərinin 37,2%-i Avropa valyutasında, 5,6%-i funt sterlinqdə yerləşdirilib.

ARDNF vəsaitlərinin idarə olunması qaydalarına əsasən, valyuta müxtəlifləşdirilməsi aşağıdakı kimi baş verir: 55% dollarla, 35% avro ilə, 5% funt sterlinqlə və qalan 5% dünyanın "A" reytinqli aparıcı ölkələrinin valyutaları arasında yerləşdirilib. Vəsaitlərin digər ölkələrin valyutalarında yerləşdirilməsində Fond daha az fəal olub, ona görə də bu 5% həmçinin üç əsas valyuta arasında bölüşdürülüb (dollar, avro və funt/sterlinq).

Ötən il vəsaitlərin idarəsindən gələn gəlir dollarla 5,2%, avro ilə - 2,7%, funt/sterlinq ilə - 4,7% təşkil edib.

Bununla yanaşı, fondun aktivlərinin 2,1%-i Azərbaycan valyutasındadır. Ş.Mövsümovun sözlərinə görə, 2006-cı ildə fondun vəsaitlərinin idarəsindən gələn gəlir hesabat valyutasında 2,9% təşkil edib, bu isə manatın dollara nisbətən möhkəmlənməsi ilə bağlıdır. Baza valyutasında (USD) gəlirlilik 8,5% səviyyəsində olub. Belə gəlirlilik avronun Amerika valyutasına nisbətən möhkəmlənməsi ilə izah olunur. Həm də üç aylıq libor 5,36% səviyyəsində olub.

Xəbər lenti

Xəbər lenti