...

Belarus prezidenti 2015-ci ilə qədər Azərbaycanla sosial-iqtisadi əməkdaşlıq müqaviləsini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2007 20:00 (UTC +04:00)

Trend in məlumatına əsasən, Belarusun prezidenti Aleksandr Lukaşenko fərmanı ilə Belarus və Azərbaycan respublikaları arasında 2006-cı ilin oktyabrın 17-də Minskdə imzalanmış 2015-ci ilədək sosial-iqtisadi əməkdaşlıq müqaviləsini təsdiq edib.

Müqavilə Belarus və Azərbaycanın münasibətlərin gələcək inkişaf və ikitərəfli əməkdaşlıq əsasında iqtisadi, tixarət, humanitar və sosial sahələrə yönəldilib.

Müqavilənin həyata keçirilməsi iki dövlət arasında əldə olunmuş yüksək səviyyəni gücləndirəcək, uzunmüddətli ikitərəfli əlaqələrin konstruktiv inkişafına yeni təkan verəcək.

Xəbər lenti

Xəbər lenti