...

"Gunay Anadolu Sıgorta"nın mülkiyyət formasının dəyişməsi sığorta şirkətinin işinə təsir etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2007 13:05 (UTC +04:00)

Bazar ertəsi "Gunay Anadolu Sıgorta"nın baş direktor müavini Mehman Əliyev Trend ə bildirib ki, birgə müəssisədən məhdud məsuliyyətli cəmiyyətə keçidlə bağlı mülkiyyət formasının dəyişməsi şirkətin işinə təsir etməyəcək.

Onun sözlərinə görə, mülkiyyət formasının dəyişdirilməsini müvafiq Azərbaycan qanunverciliyi zəruri edib.

O bilirib ki, "Gunay Anadolu Sıgorta" hazırda yeni sığorta növlərinin üzərində iş aparır.

"Gunay Anadolu Sıgorta" şirkəti 1992-ci ildə fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti