...

Gəncə-Bakı-Gəncə aviareysinin hər gün həyata keçirilməsi planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2007 11:00 (UTC +04:00)

Azərbaycan, Gəncə /müxbir Trend V.Məmmədov/Gəncə-Bakı-Gəncə aviareysinin hər gün həyata keçirilməsi planlaşdırılır. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib.

Müsahibin sözlərinə görə, bu məsələ "AZAL" Dövlət Konserninin prezidenti Cahangir Əsgərovla görüşlər zamanı müzakirə edilib. Gündəlik reyslərin təşkili məqsədilə fransız şirkətindən 6 yeni təyyarə də alınıb. "Gəncə artıq inkişaf edir. Bura Bakıdan xeyli qonaqlar və iş adamları gəlir. Gəncə artıq turizm mərkəzinə çevrilir. Təsəvvür edin ki, Bakıdan təyyarə ilə 35-40 dəqiqəyə Gəncənin beynəlxalq hava limanında olursan. Məhz elə buna görə də, reyslərin gündəlik olması zəruridir", deyə E. Əzizov bildirib.

Xəbər lenti

Xəbər lenti