...

Standard Insurance sığorta şirkəti hüquqi formasını dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / müxbir U.İsmayılova/ Standard Insurance sığorta şirkəti hüquqi formasını dəyişərək MMC-dən ASC-yə çevrilib. Şirkətdən veriləşn məlumata görə, bununla əlaqədar dövlət orqanlarında müvafiq şeydiyyat sənədləri dəyişdirilib.

Standard Insurance şirkətinin İdarə Heyətinin sədri Kamal İbrahimov (keçmiş baş direktor) bu dəyişikliyin şirkətin fəaliyyətində böyük əhəmiyyətə malik olduğunu və daha yüksək nəticələrə nail olmaq üçün geniş perspektivlər açdığını bildirdi.

Şirkətin Nizamnamə fondu 4 mln. AZN təşkil edir. Standard Insurance 4 məcburi və 21 könüllü sığorta növü üzrə xidmətlər göstərir.

Şirkət həmçini avtomobil sığortası sahəsində öz geniş fəaliyyətini davam etdirir.

Xəbər lenti

Xəbər lenti