...

Gələn ildən Azərbaycanda yeni Gömrük Məcəlləsi qüvvəyə minə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2007 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir " İ.Xəlilova/Gömrük Məcəlləsinin yeni variantı artıq 2008-ci ildə qüvvəyə minə bilər. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Səfər Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, əsas məsələ onun parlament tərəfindən qəbul olunmasıdır. Bundan sonra normativ və hüquqi aktlar məcəlləyə uyğunlaşdırılacaq.

Hazırda sənəd son redaktədən keçir, belə ki, o, tamamilə beynəlxalq qanunvericilik dilində yazılıb və indi milli qanunvericilik dilinə uyğun olaraq tərcümə olunur.

Qanunvericilik bazasının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi BMT-nin İnkişaf Proqramı və Avropa Birliyinin gömrük xidmətinin təkmilləşdirilməsi layihəsi çərçivəsində nəzərdə tutulub. Azərbaycanda gömrük sisteminin davamlı inkişafının təmin edilməsi üçün Gömrük Məcəlləsinin yeni variantı hazırlanıb.

Bunun üçün əvvəllər Rusiya və Qazaxıstanda işləmiş mütəxəssis cəlb olunub. Məcəllədə informasiya texnologiyaları əks olunub və həmçinin əsas diqqət gömrük əməkdaşının imkan və fəaliyyətinə aid maddələrə ayrılıb.

Xəbər lenti

Xəbər lenti