...

İyul ayınadək Naxçıvan MR-də ticarət və xidmət müəssisələrində əlavə 36 POS-terminal quraşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2007 14:14 (UTC +04:00)

Azərbaycan, Naxçıvan / Trend müxbir C.Qurbanoğlu/ İyul ayınadək Naxçıvan MR-də ticarət və xidmət müəssisələrində əlavə 36 POS-terminalı quraşdırılacaq. Bu fikirləri daxili bazarın qorunması və maliyyə intizamının yaxşılaşdırılmasına dair təşkil edilmiş yığıncaqda Milli Bankın Naxçıvan MR İdarəsinin sədri Səbuhi Məmmədov səsləndirib.

Səbuhi Məmmədov hazırda dövriyyədə 33 min 50 plastik kart olduğunu, ötən il ərzində POS-terminalları ilə aparılan əməliyyatların dövriyyəsinin 21 min 337 manat təşkil etdiyini deyib. Cari ilin ilk iki ayı ərzində POS-terminallarında əməliyyat dövriyyələrinin aşağı olduğunu qeyd edən Səbuhi Məmmədov buna görə də Naxçıvan MR-də fəaliyyət göstərən banklar tərəfindən quraşdırılan POS-terminallarının sayının artırlmalı və ondan istifadənin gücləndirilməsini təmin edilməsinin vacib olduğunu bildirib- "1 iyul 2007-ci il tarixədək əlavə olaraq 36 POS-terminalı quraşdırılaraq onların ümumi sayı 64-ə çatdırılmalıdır "

Səbuhi Məmmədov ilin sonuna kimi büdcədən maaliyyələşən və digər təsərrüfathesablı təşkilatlarda əməkhaqlarının tamamilə plastik kartlarla ödənilməsinin təmin olunacağını da vurğulayıb.

Xəbər lenti

Xəbər lenti