...

İtaliya Eni-nin qazancı 2006-cı ildə 12,3 mlrd dollar təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2007 16:45 (UTC +04:00)

Avropanın ən məşhur neft şirkətləri arasında 4-cü yeri tutan İtaliyanın Eni SpA (E) şirkətinin 30 mart cümə günü verdiyi məlumata görə, 2006-cı maliyyə ilində onun qazancı keçən ilki hesabat dövrüylə müqayisədə 4.9% artıb. Bunu K2Kapital xəbər verir.

Şirkətin təmiz illik qazancı 8,8 mlrd. avrodan 9,2 mlrd avroyadək artıb. Eni şirkəti gəlirlərinin yüksəlməsini istehsalın həcminin orta hesabla gündə 1,77 mln.barel artmasıyla izah edib. Eyni zamanda xəbərdarlıq edib ki, cari ildə göstəricilər dəyişməyəcək və bu səviyyədə qalacaq.

Xəbər lenti

Xəbər lenti