...

Bakıda yeni tikilən mənzillər köhnələrin hesabına öz mövqelərini gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2007 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir U.İsmaylova / Fevral ayında Bakının daşınmaz əmlakın təkrar bazarında satışa 2,1 mindən çox mənzil çıxarılıb. Bu barədə məlumat şənbə günü "Daşınmaz əmlak bazarının iştirakçıları" İctima Birliyindən verilib.

Fevral ayında Bakının daşınmaz əmlakın təkrar bazarında ən çox təkliflər Yasamal (33,8%), Nərimanov (21,6%), Nəsimi (21,5%) rayonlarında müşahidə olunub. Bazarın seqmentlərə görə bölgüsündə də dəyişikliklər baş verir, yeni tikilən binalar "Stalinka", "Xruşevka" və "Leninqrad" layihələrilə tikilmiş evlərin hesabına bazarda öz mövqeyini möhkəmləndirir.

Ay ərzində 1-4 otaqlı mənzillərə tələbat dəyişməyib. Əsas tələbat 2-3-5 otaqlı mənzillərə müşahidə olunur. İki otaqlı mənzillərə tələbat isə artıb. Ümumi təkliflər paketinə nisbətdə isə bazarda 4-5 otaqlı evlərin təklifi azalıb.

Xəbər lenti

Xəbər lenti