...

Azərbaycanın ÜTT-yə qəbul olunması sahibkarlıq münasibətlərinin şəffaflığını yaxşılaşdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2007 16:30 (UTC +04:00)
Azərbaycanın ÜTT-yə qəbul olunması sahibkarlıq münasibətlərinin şəffaflığını yaxşılaşdıracaq

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul olunması Azərbaycanın iqtisadiyyatına həm müsbət, həm də mənfi təsir edəcək. Bu barədə çərşənbə günü Qlobal İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Novruz Quliyev Azərbaycanın ÜTT-yə qəbul olunması problemlərinə həsr olunmuş konfransda bildirib.

Novruzov hesab edir ki, Azərbaycanın ÜTT-yə qəbul olunması ÜTT üzvü olan 148 ölkə ilə sağlam ticarət münasibətlərinə, ÜTT çərçivəsində dövlət qanunvericiliyinin təkmilləşdirilməsinə, sahibkarlıq münasibətlərinin şəffaflığına, xarici kapital axınına, ÜTT standartlarına uyğun ticarət mübahisələrinin həlli və bazarlarda müəllif hüquqlarının qorunmasına müsbət təsir edəcək.

Neqativ təsirlər arasında o, bazarlarda bahalı xarici məhsulların yaranması və ölkədə bəzi subsidiya növlərinin ləğv olunmasını göstərib.

Novruzovun sözlərinə görə, Azərbaycan hazırda ÜTT-yə qəbul olunmanın səkkizinci mərhələsindədir.

ÜTT 1995-ci ildən mövcuddur, təşkilata 148 dövlət, həmçinin 1997-ci ildən sıralarına Azərbaycanın da daxil olduğu 30 müşahidəçi dövlət daxildir.

Xəbər lenti

Xəbər lenti