...

Mart ayında Azərbaycanda inflyasiya birrəqəmli həddə olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 2007-ci ilin mart ayında fevral ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tariflərinin artımı 101,2 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında göstərilib. Ərzaq məhsulları qiymətlərinin 1,8 faiz, qeyri-ərzaq malları qiymətlərinin 0,6 faiz, əhaliyə göstərilən pullu xidmət tariflərinin 0,3 faiz artması nəticəsində

ay ərzində düyünün, un, dənli və makaron məmulatlarının, ət məhsulları, balıq və süd məhsullarının, şəkər, meyvə şirəsi, spirtli içkilər və sitrus meyvələrinin, alma, armud, qoz və tərəvəzlərin qiymətləri bahalaşıb, yumurtanın, dondurulmuş kilkənin, mineral suların qiymətləri isə ucuzlaşıb.

Qeyri-ərzaq mallarından pambıq parçanın, idman dəstinin, ayaqqabıların, tikinti mallarının, mebel, dərman preparatlarının, bəzi elektrik avadanlıqlarının, uşaq oyuncaqlarının qiymətləri bahalaşıb, böyük və uşaq geyimlərinin, elektrik qızdırıcılarının, optik eynəklərin, dəftərxana ləvazimatlarının qiyməti isə ucuzlaşıb. Mart ayında əhaliyə göstərilən pullu xidmətlərdən xəstəxana və bərbərxana xidmətlərinin tarifləri, kompüter kurslarının qiymətləri aşağı düşüb, məişət, sığorta, ictimai iaşə, hüquq məsləhətxanaları xidmətlərinin tariflərində isə artım müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti