...

MBASK sığorta şirkəti 2006-cı ilin yekunlarını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2007 17:09 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /2006-cı ilin yekununa görə MBASK şirkəti 7,98 mln. manat həcmində sığorta haqları əldə edib, sığorta ödənişləri 2,3 mln. manat təşkil edib. Bu barədə cümə günü şirkətdən məlumat verilib.

Bunlardan könüllü sığortaya 7,82 mln. manat (yanğından sığorta 868,15 min, bədbəxt hadisələrdən 4,36 mln. manat, bədbəxt hadisələrdən fərdi sığortalama 1,52 mln. manat, yük sığortası 208,98 min manat, mühəndis sığortası 137,1 min manat, tibbi sığorta 722,83 min manat) sığorta haqqı düşüb.

Könüllü sığorta üzrə sığorta ödənişləri 2,22 mln. manat təşkil edib (yanğından sığorta 121,61 min manat, bədbəxt hadisələrdən 1,35 mln. manat, bədbəxt hadisələrdən fərdi sığortalama 59,91 min manat, yük sığortası 13,28 min manat, mühəndis sığortası 22,93 min manat, tibbi sığorta 653,21 min manat) Məcburi sığorta növü üzrə haqları 152,29 min manat, ödənişlər isə 74,03 min manat təşkil edib.

Məcburi sığorta növü üzrə haqlar 152,29 min manat təşkil edib. (avtomobil sahiblərinin məcburi sığortası 73,62 min manat, sərnişinlərin məcburi sığortası 48,86 min manat, yanğından məcburi sığorta 29,8 min manat).

Məcburi sığorta növü üzrə ödənişlər 74,03 min manat təşkil edib (avtomobil sahiblərinin məcburi sığortası 57,8 min manat, sərnişinlərin məcburi sığortası 11,64 min manat, yanğından məcburi sığorta 4,58 min manat).

Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərən MBASK 29 növ sığorta xidməti həyata keçirir, bunun da dördü məcburi növdür.

Xəbər lenti

Xəbər lenti