...

Dövlət Statistika Komitəsi: Birinci rübdə inflyasiya 16 faizi üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2007 18:08 (UTC +04:00)
Dövlət Statistika Komitəsi: Birinci rübdə inflyasiya 16 faizi üstələyib

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Birinci rübdə Azərbaycanda inflyasiya 16,6 faiz, ərzaq mallarında - 9,6 faiz, xidmət sahəsində - 22 faiz təşkil edib. Burada cümə günü Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov məlumat verib.

Səlimovun sözlərinə əsasən, inflyasiyanın hesablanması 585 məhsul növü üzrə aparılır. Bura ət və ət məhsulları, çörək və çörək məhsulları daxil olan ərzaq məhsullarının qrup və yarımqrupları aiddir.

"Yarımqruplar daxil olmadan 30-40 əsas qrup üzrə inflyasiyanın hesablanması düzgün statistik yanaşma deyil", - deyə o bildirib.

Azərbacyan Nazirlər Kabineti aparatının iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin rəhbəri Oqtay Haqverdiyevin fikrinə görə, ölkə inflasiyası 525 kriteriya üzrə müəyyən edilir. Haqverdiyev ərzaq və qeyri-ərzaq sahəsi, həmçinin böyük inflyasiya payının düşdüyü xidmətlər sahəsində 40 kriteriya üzrə sorğu aparıb.

Xəbər lenti

Xəbər lenti