...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2007 12:38 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi kursu 0,0005 bənd möhkəmlənib (0,05 faiz). Orta kurs 1 ABŞ dollarına 0,86574 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum kursu aprelin 9-da (1 ABŞ dolları üçün 0,8660 manat), minimum isə aprelin 13-də (1 ABŞ dollarına 0,8655 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi kursu
2 aprel 0,8669 9 aprel 0,8660
3 aprel 0,8667 10 aprel 0,8658
4 aprel 0,8666 11 aprel 0,8657
5 aprel 0,8663 12 aprel 0,8657
6 aprel 0,8662 13 aprel 0,8655
Həftə ərzində orta 0,86654 Həftə ərzində orta 0,86574

Ötən həftənin yekununa əsasən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja kursu 0,0005 bənd (0,05 faiz) aşağı düşüb. Orta kurs 1 ABŞ dollarına 0,86574 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum kursu aprelin 2-də (1 ABŞ dollarına 0,8660 manat), minimum isə 9 apreldə (1 ABŞ dollarına 0,8655 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 9 apreldə - 0,8660 AZN/USD kursu ilə $5,8 mln., 10 apreldə - 0,8658 AZN/USD kursu ilə $12,049 mln., 11 apreldə - 0,8657 AZN/USD kursu ilə $8,175 mln., 12 apreldə - 0,8657 AZN/USD kursu ilə $5,5 mln., 13 apreldə - 0,8657 AZN/USD kursu ilə $4,571 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi kursu
2 aprel 0,8669 9 aprel 0,8660
3 aprel 0,8667 10 aprel 0,8658
4 aprel 0,8666 11 aprel 0,8657
5 aprel 0,8663 12 aprel 0,8657
6 aprel 0,8662 13 aprel 0,8655
Həftə ərzində orta 0,86654 Həftə ərzində orta 0,86574
ABŞ dollarına münasibətdə manatın birja kursu
2 aprel 0,8667 9 aprel 0,8660
3 aprel 0,8665 10 aprel 0,8658
4 aprel 0,8662 11 aprel 0,8657
5 aprel 0,8658 12 aprel 0,8657
6 aprel 0,8658 13 aprel 0,8655
Həftə ərzində orta 0,8662 Həftə ərzində orta 0,86574

RUB/AZN T+1 aləti üzrə aprelin 9-da 3 039 manata bərabər sövdələşmə yerinə yetirilib. Orta ölçülü kurs 1 RUB üçün 0,0334 manat təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və bir özəlləşdirmə çekinin qiyməti həftə ərzində 14 manat səviyyəsində qalıb.

Xəbər lenti

Xəbər lenti