...

Ekspert: "Bakıda aprel ayında mənzil alqı-satqısında əməliyyatlar sıfra enib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2007 14:37 (UTC +04:00)
Ekspert: "Bakıda aprel ayında mənzil alqı-satqısında əməliyyatlar sıfra enib"

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Bakıda apreldə mənzil alqı-satqısında əməliyyatlar praktiki olaraq sıfra enib. Bu barədə çərşənbə günü "Daşınmaz Əmlak Bazarının İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov bildirib.

İbrahimovun sözlərinə görə, bu, enerji daşıyıcıları və kommunal xidmətlərə olan qiymətlərin artımı ilə əlaqədar yanvardan etibarən bazarda qiymətlərin əhəmiyyətli artımı ilə bağlıdır. "Aprel ayında mənzil əsasən ipoteka kreditləşməsi çərçivəsində reallaşır. Sərbəst satış praktiki olaraq yoxdur" - deyə o bildirib.

Daşınmaz əmlakın yanvar ayında aparılmış monitorinqi göstərib ki, əvvəlki dövrlə müqayisədə iqtisadi göstəricilər kəskin dəyişib. İlin ilk günlərində istehlak qiymətlərinin dəyişməsi təklif portfelinin azalmasına səbəb olub. "Azeri-REI" indeksi (daşınmaz əmlaka olan qiymət indeksi) ay ərzində 2,35 faiz və ya 5,8 bənd artaraq 254,7 bəndinə çatıb.

Fevralda daşınmaz əmlakın ictimai birliklər tərəfindən aparılmış monitorinqi göstərib ki, 2006-cı ilin son aylarında qiymət artımından sonra nisbətən sabitlik müşahidə olnub. İstehlak qiymətlərinin dəyişməsi daşınmaz əmlak təklifləri portfelinin azalmasına səbəb olub. "Azeri-REI" indeksi fevralda 1,4 faiz artıb. Martda keçirilən monitorinq göstərib ki, istehlak qiymtələrinin dəyişməsi daşınmaz əmlak təkliflər potfelinin azalmasına səbəb olub.

Azeri-REI indeksi martda 1,7 faiz və ya 4,7 bənd artaraq 275,1 bəndinə çatıb.

İbrahimovun proqnozlarına əsasən, ilin sonunu üçün daşınmaz əmlaka olan qiymət artımı 28-29 faiz təşkil edəcək.

"Kəskin qiymət artımı yeni tikililərə aid olacaq, köhnə evlərə artıq tələbat olmayacaq. Onların qiymət artımı 18-20 faiz təşkil edəcək. Qeyri-yaşayış sahələrinə olan qiymətlərin artımı biznesmenlərin fəallığından asılı olaraq 25-26 faiz təşkil edəcək" - deyə o bildirib.

Mənzil icarəsinə gəlincə, böyük dəyişikliklər olmayacaq. 8-9 faiz dəyişiklik olacaq. Qeyri-yaşayış obyektlərinin icarəsinə olan qiymət artımı 11-12 faiz təşkil edəcək.

Mənzil alıcılıq qabiliyyətinin 30 faiz artımı gözlənilir. Bu, ipoteka kreditləşməsi qanununun yumşaldılması və əhalinin sosial həyatının yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi işlərlə əlaqədardır.

2006-cı ildə Azərbaycanda mənzillərin "alqı-satqı"sı üzrə 62 min, Bakıda 27 min mənzil "alqı-satqı" əməliyyatı həyata keçirilib. Bu, 2005-ci ilin göstəricilərinə yaxındır. 2007-ci ildə bu göstərici əhəmiyyətli dərəcədə artacaq: Azərbaycanda 72 min, Bakıda 35 min mənzilədək artacaq.

Xəbər lenti

Xəbər lenti