...

Asiya İnkişaf Bankı nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlığı müsbət qiymətləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2007 16:43 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Asiya İnkişaf Bankının (AİB) eksperti Maykl Sims Azərbaycanın Nəqliyyat Nazirliyi ilə məsləhətləşmə aparıb. AİB-in Bakı nümayəndəliyindən verilən məlumata əsasən, səfərin əsas məqsədi 2006-cı ildə Mərkəzi Asiya ölkələrində regional əməkdaşlıq üzrə AİB-in proqramı çərçivəsində nəqliyyat siyasəti üzrə Koordinasiya Komitsəinin VI iclasında qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi ilə tanışlıq olub.

Görüşdə tariflərin unifikasiyası, region ölkələri ilə avtomobil, hava, dəmir yolu əlaqəsinin yaxşılaşdırılması məsələləri müzakirə olunub. M.Sims bu sahədəki problemlərlə tanış olub.

AİB-nin eksperti qarşılıqlı münasibətlərin gələcək inkişafını qeyd edərək bankın Azərbaycanla, həmçinin Nəqliyyat Nazirliyi ilə əməkdaşlığının hazırki vəziyyətini müsbət qiymətləndirib.

Nümayəndəlikdən qeyd olunub ki, bank ekspertinin Azərbaycana iki günlük səfəri (16-17 aprel) məsləhətləşmə xarakteri daşıyıb və məsləhətləşmə onun Mərkəzi Asiya regionu ölkələrinə turnesi çərçivəsində baş tutub.

Xəbər lenti

Xəbər lenti