Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Bu gün İstanbulda Azərbaycan Dövlət Dəniz Administrasiyası (ADDA) ilə Türkiyə Dəniz Administrasiyası arasında Hazırlıq, sertifikatlaşma və dənizçilərin keşikçəkmə beynəlxalq konvensiyasının tələblərinə uyğun ADDA-nın verdiyi sertifikatların (şəhadətnamələrin) tanınması ilə bağlı danışıqlar keçiriləcək.
ADDA-dan verilən məlumata görə, Azərbaycanı danışıqlarda Administrasiyanın rəhbəri Qüdrət Qurbanov təmsil edir.
Analoji danışıqlar aprelin 21-də Odessada Ukrayna Nəqliyyət Nazirliyinin Çay və Dəniz Nəqliyyatı Departamentinin nümayəndələri ilə keçiriləcək.