...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2007 13:55 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0002 bənd möhkəmlənib (0,02 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,8653 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi aprelin 16-sı və 17-də (1 ABŞ dolları üçün 0,8654 manat), minimum isə aprelin 19-u və 20-də (1 ABŞ dollarına 0,8652 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
9 aprel 0,8660 16aprel 0,8654
10aprel 0,8658 17aprel 0,8654
11aprel 0,8657 18aprel 0,8653
12aprel 0,8657 19aprel 0,8652
13aprel 0,8655 20 aprel 0,8652
Həftə ərzində orta 0,86574 Həftə ərzində orta 0,8653

Ötən həftənin yekununa əsasən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,86528 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi aprelin 16-da (1 ABŞ dollarına 0,8654 manat), minimum isə 19 və 20 apreldə (1 ABŞ dollarına 0,8652 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 16 apreldə - 0,8654 AZN/USD məzənnəsi ilə $9,705 mln, 17 apreldə - 0,8653 AZN/USD məzənnəsi ilə $3,550 mln., 18 apreldə - 0,8653 AZN/USD məzənnəsi ilə $1,214 mln., 19 apreldə - 0,8652 AZN/USD məzənnəsi ilə $6,3 mln., 20 apreldə - 0,8652 AZN/USD məzənnəsi ilə $16,460 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
9 aprel 0,8660 16aprel 0,8654
10aprel 0,8658 17aprel 0,8654
11aprel 0,8657 18aprel 0,8653
12aprel 0,8657 19aprel 0,8652
13aprel 0,8655 20 aprel 0,8652
Həftə ərzində orta 0,86574 Həftə ərzində orta 0,8653
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
9 aprel 0,8660 16 aprel 0,8654
10aprel 0,8658 17 aprel 0,8653
11aprel 0,8657 18 aprel 0,8653
12aprel 0,8657 19 aprel 0,8652
13aprel 0,8655 20 aprel 0,8652
Həftə ərzində orta 0,86574 Həftə ərzində orta 0,86528

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət yenə də aşağı düşüb və bir özəlləşdirmə çekinin qiyməti keçən həftədə olan 14 manata qarşı həftənin əvvəlində 12 manatadək aşağı düşüb.

Xəbər lenti

Xəbər lenti